Mədəniyyət

Musiqi məktəbində “Məclisi Üns” adlı təbdir keçirilib

13 Mart 2019 15:42
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 mart Bakı şəhər Mədəniyyət Baş İdarəsinin  4 nömrəli uşaq incəsənət məktəbində 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Məclisi Üns" adlı təbdir keçirilib.

Milli.Az xəbər verir ki, çıxış edən Xalq artisti Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri şair Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov, Dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar.

Tədbirdə millət vəkili Rauf Əliyev, Xəzər rayon Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin müavini Arif Balayev, SOCAR EKO-Parkın direktoru Tahir Şıxəliyev, məktəb və müəssisə rəhbərləri iştirak ediblər.

Məktəbin rəsm sinfinin şagirdləri Nəsimi yaradıcılığına həsr etdikləri rəsmləri və VII sinif şagirdi Rauf Muradlının söylədiyi qəzəl qonaqların diqqətinə səbəb olub.

Tədbirin bədii hissəsində məktəbin müəllimlərinin müşaiyəti ilə çıxış edən xanəndə sinfinin gənc müəllimi Rəna Qafarovanın ifasında səslənən şairin sözlərinə yazılmış mahnı və təsniflər "Məclisi Üns"ə xüsusi rəng qatıb.

Tədbir yel çərşənbəsinə təsadüf etdiyindən foyedə rəsm sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra məktəbin həyətində bayram tonqalı ətrafında toplaşan qonaqlarla çərşənbə qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.