Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrı repertuarını zənginləşdirdi

6 Mart 2019 16:44
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrı əlamətdar günlərlə zəngin mart ayında repertuarına da müxtəlif yaş kontingentini əhatə edən tamaşalar əlavə etdi.

Milli.Az xəbər verir ki, V.Səmədoğlu "Mamoy kişinin yuxuları", K.Nəzirli "Narkoman", Əli Əmirli "20 ildən sonra", N.Muradoğlu "Zülmətdə nur", Milli Teatr Gününə özəl M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəli şah",  H.Mirələmov "Vicdanın hökmü" kimi  səhnə  əsərlərinin yer aldığı cari repertuarda Novruz bayramı da xüsusi qeyd olunacaq.

Belə ki,  azyaşlı tamaşaçıların Novruz bayramı ərəfəsində tətil günlərini maraqlı, şən keçirə bilməsi məqsədilə  teatrımız bir daha  Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin  yaradıcılığına  müraciət edərək "Tıq-tıq xanım pyesini  Novruz elementləri ilə  fərqli çalarda hazırlayıb. Və bugün  xalq artisti Firudin Məhərrəmovun quruluşunda  tamaşaya daxili baxış oldu. Səhnə əsərində obrazları istedadlı aktyorlar  Şəhla Məmmədova,  Etibar Əmirov, Şəmistan Süleymanlı,  Mətləb Səfərli və Rövşən Əsgərov canlandırır.  Daxili baxışda  Alternativ bədii şura üzvləri də iştirak etdi. Tamaşa göstərildikdən sonra  şagirdlərin fikri dinlənildi.  Daha sonra teatrın drektoru əməkdar artist Mübariz Həmidov bəzi nuansları vurğulayaraq ümumilikdə tamaşanı bəyəndiyini söylədi. Kollektivdən əməkdar artist  İzaməddin Bağırov və başqaları çıxış edərək tamaşa haqda düşüncələrini bölüşdü. Sonda səhnə əsərinin uğurlu alındığı qənaətinə gəlindi.

Qeyd edək ki, "Tıq-tıq xanım"  tamaşası mart ayının 20-dən 26-na qədər hər gün 3 seans olmaqla saat 11:00, 13:00, 15:00-da oynanılacaq. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.