Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş

25 Fevral 2019 17:49
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrı fevral ayında​ bir-birindən maraqlı, müxtəlif janrda​ səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib.​

Milli.Az xəbər verir ki, şəhər sakinlərinin​ mədəni istirahətini təmin edən​ teatr 22 fevralda Gənclər və İdman İdarəsi ilə birgə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət proqramında göstərildiyi kimi gənclərin sağlamlığının qorunması, möhkəmləndirilməsi, sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya, alkoqolizm və digər neqativ​ halların azalması, aradan qaldırılmasına kömək məqsədli, maarifləndirici "Narkoman" tamaşasını gənc və yeniyetmələrdən təşkil olunmuş auditoriyaya təqdim etdi.

Tamaşadan öncə çıxış edənlər - Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Soltan Əsədov, narkomaniya ilə mübarizə bölməsinin məsul işçisi Bəbir Alxanov cəmiyyətin bəlası olan narkomaniya və ona düçar olan gənclərin faciəli həyatından, Ölkə başçısı İlham Əliyevin 24 iyun 2013-cü il tarixli "Narkotik vasitələri,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair" Sərəncamından irəli gələn məsələlərin həllində teatrın rolunun əvəzsiz olduğunu qeyd etdilər.

Kamran Nəzirlinin "Narkoman" psixoloji dramının səhnə versiyasına Xalq artisti Kamran Quliyev quruluş verib. Səhnə əsərində obrazları Əməkdar artistlər Növrəstə Həşimova, Cəlal Məmmədov, aktyorlar Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, Mətləb Səfərli, Rövşad İlyasov, İlqar İbrahimov və Rövşən Əsgərov canlandırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.