Mədəniyyət

Fortepiano musiqisi gecəsi - Beynəlxalq Muğam Mərkəzində

20 Fevral 2019 18:14
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 19-da Beynəlxalq Muğam Mərkəzində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib.

Milli.Az xəbər verir ki, gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında  R. Şumanın, F. Listin,A. Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P. Çaykovskinin əsərləri səslənib.

Gənclərin öz istedadlarının nümayişi həmişəki kimi maraqla qarşılanıb.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.