Mədəniyyət

Məktəblilər Nizami Gəncəvi yaradıcılığını canlandırıblar

8 Oktyabr 2011 20:28
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər portalının Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Nizami Gəncəvinin 870 illiyinə hazırlıq məqsədilə Gəncə şəhər Təhsil idarəsinin elmi-praktiki konfransı keçirilib.

Konfransda Azərbaycan ədəbiyyatının əvəzedilməz simvolu sayılan Nizami Gəncəvinin yaradıcılığına nəzər salınıb. Konfrans öncəsi Gəncə məktəbliləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən hazırlanan Nizami Gəncəvinin yaradıcılığına həsr olunan əl işləri, rəsmlər, eləcə də, Xəmsədən səhnəciklər nümayiş olunub.

Tədbir iştriakçıları azyaşılıların ifasında dünya şöhrətli ədibə həsr olunan qəzəlləri, şeirləri və müsiqiləri maraqla dinləyiblər. Tədbirin gedişatında məktəblilər tərəfindən Nizami Gəncəvi dövrünü və yaradıcılığını əks etdirən kompozisiyalar da səsləndirilib. Elmi-praktiki konfransa qatılan Gəncə şəhər İH başçısının müavini İlham Əliyev dünya şöhrətli şairin yaradıcılığının qorunması üçün ulu öndər Heydər Əliyev tərəfindən hələ Sovet dönəmində göstərilən diqqət və qayğıdan danışıb. İ. Əliyev məktəblərdə və uşaq bağçalarında Nizami yaradıcılığının yeniyetmələrin tərbiyələnməsi sahəsində önəmindən də söz açıb. Qeyd olunub ki, adı çəkilən təhsil müəssisələrində Şeyxin tərbiyəvi zəngin xəzinəsindən daim bəhrələnmək lazımdır.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev isə Azərbaycan ədəbiyyatının əvəzedilməz simvolu sayılan Nizami Gəncəvi ilə bağlı düzənlənən tədbirlərin ilin sonun qədər bütün təhsil müəssislərində keçiriləcəyini bildirib. "Mən bir təhsil işçisi kimi məktəblərimizin, müəllimlərimizin, şagirdlərimizin nə qədər mümkündürsə, Nizami yaradıcılğı haqqında bilgilərə sahib olmalarını vacib sayıram. Biz ona nail olmalıyıq ki, müəllimlərə istənilən şagirdi sual verəndə ki, siz Nizaminin əsərlərini, şeirlərini bilirsinizmi, heç olmasa yüz bənddən ibarət onun şeirlərini deyə bilən təhsil işçiləri olsun və bu məqsədlə məktəblərimizdə böyük hazırlıq işləri aparılır".

Konfransın gedişatında şəhərin müxtəlif məktəb müəllimlərinin Nizami Gəncəvi ilə bağlı 5 məruzəsi də dinlənilib. Sonda Gəncə şəhər Təhsil İdarəsi tərəfindən Nizami Gəncəvinin 870-illiyinə həsr olunan video çarxı da toplantı iştirakçılarına nümayiş etdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.