Mədəniyyət

“Mənim yanımda can verməyə qorxurdu” - Xalq artistinin həyat yoldaşı - VİDEO - FOTO

19 Fevral 2019 13:04
2 Şərh     Baxış: 3 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə mərhum xalq artisti Kamil Vəzirovun həyatından danışılıb.

Milli.Az bildirir ki, xalq artistinin həyat yoldaşı, övladları və sənət dostları onunla bağlı xatirələrini danışıb:

Lətifə Vəzirova - Həyat yoldaşı: "Qohum idik. Bir-birimizin evinə gedib, gəlirdik. Bu müddət ərzində bir-birimizi istəmişik. Evlənəndən sonra da ona məhəbbətim çox olub. Onu çox sevmişəm, ona görə də onu itirmək mənimçün ağırdır. Zeynəb Xanlarovanın "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısında deyildiyi kimi, bax, mən elə bir qadın olmuşam. Mənim yanımda can verməyə qorxurdu, bilirdi ki, onu ölməyə qoymaram. Məni qoymadı xəstəxanaya getməyə, dedi, mən səhər gələcəm evə, sən gəlmə. Amma gəlmədi".

Aytac Həsənova - Qızı: "Yaradıcı insanın həyatı nağıla bənzəyir. O, bizə nağıl kimi həyat bəxş edib. Səhhətindən heç vaxt şikayətlənmirdi, halı pisləşən anda da deyirdi ki, yaxşıyam. Hər şey bir anın içində oldu".

Gülyanaq Məmmədova - Tələbəsi: "Böyük-kiçiklə rəftarını bilən biri idi. Deyib-gülməyi sevirdi. Amma işdə məsuliyyətin onun üçün öz yeri var idi. O, musiqiçi idi, hər alətdə gözəl ifa edirdi".

Rəşad Vəzirov - Oğlu: "Qarmonu əlindən qoymurdu. Musiqidən yorulmurdu, bunu dilinə gətirmirdi. Atam evdə tapılmırdı. Üzünü aylarla görmürdük. Qastrollarda olurdu. Onu yaşadan sənəti idi. Xəstəxanada müayinədən keçəndə gülə-gülə həkimin əlini sıxıb və gözlərim qaralır deyib".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Mənim yanımda can verməyə qorxurdu" - Xalq artistinin həyat yoldaşı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.