Mədəniyyət

Muğam Mərkəzində əfsanəvi Roy Young "King of Blues" qrupu ilə çıxış edəcək

15 Fevral 2019 12:54
Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində əfsanəvi Roy Young "King of Blues" qrupu ilə çıxış edəcək.

Milli.Az xəbər verir ki, fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində caz, bluz və ruhun əfsanəvi müğənnisi Roy Young "King of Blues" qrupu ilə çıxış edəcək.

Roy Youngın yaradıcılığı günəşli New Orleans cazının 50-60 -cı illərdə bir çox bluz caz ifaçılarının əsərləri ilə zəngindir. O, dünyanın ən yaxşı ifaçılarından böyük James Brown, Ray Charles, Bill Kobham, Billy Sheppard, Johnny Micchel ilə çıxış etmişdir.

Tamaşaçı ilə dərin ünsiyyət quran, maraqlı səsə, açıqlıq və yumşaq yumoru hissinə malik müğənni hər bir fəaliyyətini inanılmaz, parlaq bir şouya çevirməyi bacarır. Onun yaradıcılığında ən lirik əsərlər belə caz və bluz ritmləri ilə maraqlanan tamaşaçıları rəqs etməyə sövq edir.

Bu gün Roy Young yarım əsrdən çox yüksək karyeraya malikdir, dünyanın ən yaxşı caz festivallarında müntəzəm qonaq kimi çıxış edir.

Konsert saat 20: 00-da başlayır.

Biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, "ASAN" xidmət mərkəzlərindən  və İticket.az saytından əldə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.