Mədəniyyət

“Yaz bayramı - saz bayramı” Heydər Əliyev Sarayında

14 Fevral 2019 18:14
1 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyi birgə təşkilatçılığı ilə hazırlanan "Yaz bayramı - saz bayramı" adlı konsert proqramı aşıq musiqisi sevənlərə təqdim olunacaq.

Milli.Az xəbər verir ki, konsertdə ustad aşıqlar, tanınmış sənətkarlar, musiqiçilər, gənc saz ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Aşıq gecəsində Nazpəri Dostaliyeva, Əli Tapdıqoğlu, Samirə Əliyeva, Qələndər Zeynalov, Altay Məmmədov, Ağamurad İsrafilov, İlham Aslanbəyli, Ramin Qarayev, Sərdar Məmmədov, Gözəl Kəlbəcərli, Nəbi Nağıyev, Nazim Quliyev, Avdı Musayev, Şaiq İsayev, Telli Borçalı, Roman Azaflı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Familə Göyçəli, Kəmalə Qubadlı, Lətifə Çeşməli, Dəmir Vəliyev və başqaları çıxış edəcəklər.

Biletlərin qiyməti 10-40 manat təşkil edir. Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.

Əlaqə telefonu: (012) 441-21-31

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.