Mədəniyyət

“Artıq geriyə yol yoxdur” - Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEO - FOTO

11 Fevral 2019 19:24
4 Şərh     Baxış: 6 137

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.

Milli.Az xəbər verir ki, xalq artisti acınacaqlı həyat hekayəsindən danışıb:

"Mənim özümə o qədər kömək edən olub ki... Yaxşı insanlar öz işıqlarında həmişə başqalarını da işıqlandırırlar. Bakıya gəldim, yerim, yurdum, yatmağa yerim yox idi. Vağzalda bir adama 40-50 qəpik verib orda qalırdım və oradan Mədəni Maarif Texnikomuna gəlirdim ki, qəbul olunum. 3 imtahan verdim, qəbul oldum. Ordan çıxanda məni yola salan zaman dedilər ki, Arif qiymət almasan bura gəlmə. Mən də gəldim oxudum ki, fizikadan kəsilmişəm. Saat 5-dən 9-a qədər o yazı cədvəlinin qabağında dayandım. Qurudum və fikirləşirdim ki, mən nə edəcəm? Əlibayramlıdan məni internat məktəbindən gətirdilər və ora qoyub çıxıb getdilər. Mən isə qəbul olunmağa gəlmişəm.

Artıq bitdi və geriyə yol yoxdur. Orada bir kişi dedi ki, sən niyə burada dayanmısan. Dedim ki, adam gözləyirəm, gələcək. Bir də gördüm taxta pilləkənlərdən tak-tuk ayaq səsləri gəlir. Mühafizəçi gəldi dedi ki, niyə durmusan burda çıx get, müdir gəlir. Məni istədi otağa salıb bağlasın ki, müdir görməsin. Cavahir xanım Orucova. Bu aşağı düşəndə məni gördü. Soruşdu ki, bu uşaq saat 10-du burada nə gəzir? Mühafizəçi dedi ki, kimisə gözləyir. Məni yanına çağırıb dedi ki, bala, bura gəl görüm. Bu vaxta kimi bura bağlı olur çıx get. Dedim ki, imtahanın nəticələrini öyrənmək üçün gəlmişdim? amma məni kəsiblər. O isə bala get, gələn il gələrsən dedi. Dedim mənim getməyə yerim yoxdur. Soruşdu ki, valideyinlərin filan yoxdur? Dedim ki, rəhmətə gediblər mən də internatda oxuyub gəlmişəm. Dedi bəs hara gedəcəksən? Dedim mən sizə gedəcəm. Üzümə baxdı, dedi, gəl dalımca. Oturdu maşına, apardı evə. 8-ci sinifi bitirmişdim, mənim də vəsiqəm olmayıb. Elə balaca kağızda Arif yazılıb. Məni gətirdi evə, çörək verdi, yedizdirdi, çimizdirdi, paltarımı dəyişdilər. Səhər məni texnikoma gətirdi. Mənə yazını özü yazdırdı və 5 yazdı". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Rena220 · 11 Fevral 19:40140

    Goz yaslarimla oxudum....her kesi gulduren insanin ureyinde dag boyda yaralari varmis....yetimlik....cekenler biler....

    Cavab yaz
  • Anonim
    Mamlyuk · 11 Fevral 20:4916

    Belə mənasız yazı ya Məhəmmədin, ya da Fuadın ola bilər.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 11 Fevral 21:5590

    Bu insanin heyati cox agir olub. Uwaqliq travmalari omurluk yaddan cixmir.

    Cavab yaz
  • Anonim
    zz · 12 Fevral 18:2800

    arif eyni seyleri her il deyir ,sonra da baslayir aqlamaqa , neylesin , artistdir de,eyni senaridir ,aqlayim belke nese oldu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.