Mədəniyyət

“Amaliya Pənahovanın qəbirüstü abidəsini övladları qoyacaq” - YENİLƏNİB - FOTO

8 Fevral 2019 12:53
14 Şərh     Baxış: 6 293

12:53

Dünəndən Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması sosial şəbəkələr və mediada müzakirə olunur. Mədəniyyət Nazirliyi üç aydır ki, dünyasını dəyişən məşhur aktrisanın büstünün hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyətinin məşğul olduğunu bildirsə də, qarşı tərəf bundan xəbərsiz oluğunu qeyd edib. 

Milli.Az bildirir ki, qafqazinfo mərhum sənətkarın qurucusu olduğu Bakı Bələdiyyə Teatrının Truppa müdiri Zemfira Babayeva ilə əlaqə saxlayıb. O, hazırda məşqlərdə olduğunu, mövzu barədə əməkdar artist Əfqan Soltanovun cavab verəcəyini bildirib. 

Teatrın aktyoru isə qafqazinfo-ya bildirib ki, A.Pənahovanın qəbirüstü abidəsi ilə övladları - İlqar və Aynur Muxtarovlar məşğuldur:

"Büst, demək olar ki, hazırdır. Bir müddət sonra qoyulacaq. Bu işlə nə nazirlik, nə də icra hakimiyyəti məşğuldur. Qəbirüstü abidə ailəsi, övladları tərəfindən hazırlanır". 

----------
09:04

Xalq artisti Amaliya Pənahovanın dəfnindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, onun qəbirüstü abidəsi hələ də hazırlanmayıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, ötən ilin noyabrında dünyasını dəyişən mərhum xalq artisti "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov diqqətə çatdırıb ki, qəbirüstü abidənin hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur.

Meriyadan isə bildirilib ki, xalq artistinin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    kamilə · 8 Fevral 09:0622

    Usaqların pulu yoxdu. Dəfn pulunu da verməyiblər

    Cavab yaz
  • Anonim
    aea · 8 Fevral 09:1840

    Fəxri Xiyabanda dəfn edilsəydi onda Dövlət qoyardı qəbrüstü büstü... Həyat yoldaşının yanında xalq qəbirsanlığında dəfn edildiyi üçün yəqinki yaxınları öz hesablarına edəcək bunu...

    Cavab yaz
    • Anonim
      asi · 8 Fevral 09:31103

      Xalq artistinə ehtiramı gərək onun dəfn olunduğunu yerə görə təyin etməyəydilər..Fərqi nədi harada dəfn olunub, bir abidəni çox görürlər deyəsən, minlərlə azərbaycanlının sevimli sənətkarına..Hərəsi birinin üstünə atır məsuliyyəti..Bir abidə ilə nə nazirlik kasıblaşan deyil, nə icra h..Özlərinin yaxını olsa, belə etməzlər heç, abidənin ən bahalısını qoydurarlar..

      Cavab yaz
  • Anonim
    usta · 8 Fevral 09:5871

    abide olsa guya ne olacaq o neyi deyisecek ona verilen pulu aparib ehtiyaci olan insana vermek daha meqsede uygun olardi

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 8 Fevral 12:0480

      Ennn xosuma gelen serh ! Eslinde temteraqli qebr gunahdi O dunyada xalq artisti, nazir ,qulluqcu, noker, xadime hamisi insan olaraq bende olaraq Girir O dunyaya tebeqe sohbeti olmur adi dasdidaaaa Esas emelleri yaxsi ola insanin bu dunyada

      Cavab yaz
      • Anonim
        Ayinka · 8 Fevral 13:1821

        Duz dedin Esra xanim,

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 8 Fevral 14:0530

          Canim menim Men Razinde qebirsanniqda oldum Allah haminin olenlerine rehmet elesin Mamamin dayisinn qebr ustune getmisdik gezdik qebrleri İlahiiii qebr deyilll ele billl kumbezler villalar bahali mermerlerrr Skamekalarda qoyublar duz denizle uzbe uzduuu dehsete geldimmm Gunahdi heqiqeten gunahdi o qeder xerc cekmek ele onlarda coxxx xerc qoyub qebr duzeldibler ne bilim hansisa olkeden mermer getirib saldiriblar heccc xosuma gelmedi

          Cavab yaz
      • Anonim
        Robert · 8 Fevral 13:1810

        Böyük qebir daşlarinin ziyani varki xeyri yoxdu ölüye.

        Cavab yaz
  • Anonim
    ?????? · 8 Fevral 11:0660

    Əsas odur ki , ALLAH Amalya xanıma rəhmət eləsin . Həqiqətəndə çoox sevilən aktrisa idi . Elə bir zamanədə yaşayırıq ki , ALLAH cəmi dünyasını dəyişənlərə yeri bilinən məzar qismət etsin. AMİN.

    Cavab yaz
  • Anonim
    Daglı · 8 Fevral 14:5570

    Lev Nikolayeviç Tolstoyun nəinki qəbirüstü abidəsi, heç başdaşı da yoxdur,Almas İldırım,Mikayıl Müşfiq kimi dahilərin məzarı belə yoxdu, Amalya xanım da sənətində dahidir və onun da qəbirüstü abidəsinin olmaması bir o qədər faciə sayılmaz. Dahilərin adı elə onların abidəsidir!

    Cavab yaz
  • Anonim
    Mirəliyev · 8 Fevral 16:3910

    şamaxılıya. Razin qəsəbəsində dəniz ?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 8 Fevral 19:3211

      Onlar Ehmedlide olur ordan bizleri mindik onlarla masina men esitdim Razin qebrsanliqi belke ayri yerde basdiriblar amma Razin dediler denizin bir terefi idi qebrsanniqla uzbeuz deniz idi Amma Qurd qapisi deyil Qurd qapisinda defelerle olmusam bizim Qaradaqdan cixirsan duz Qurd Qapisina gedir

      Cavab yaz
  • Anonim
    Mirəliyev · 8 Fevral 20:0800

    Esra xanım , Razin qəbirstanlığının bir hissəsi Bülbülə gölünün sahilindədir . Olsun ki , o gölün görüntüləri sizi çaşdırıb. HÖRMƏTLƏ...

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 8 Fevral 21:3810

      Ola biler heeeee Ay cox saq olun dubbeduz cun ki qulaqim Razin qebirsanliqi esitmisdi uzbe uz coxxx boyuk goldu ..

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.