Mədəniyyət

Muğam Mərkəzində Əbülfət Əliyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib

7 Fevral 2019 12:24
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar"  layihəsi uğurla davam edir.

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert muğam və opera müğənnisi, Xalq artisti Əbülfət Əliyevin yaradıcılığına həsr olunmuşdu. 

Əməkdar artist Rəşad İlyasovun aparıcısı olduğu proqramda Azərbaycan mədəniyyətində iz qoyan dəyərli sənətkarlar xatırlanır.

"Yaradanlar və yaşadanlar" ın bu dəfəki buraxılışında Əməkdar artistlər - İlkin Əhmədov  "Eşqimin növrağı",  Təyyar Bayramov "Ay gecikən məhəbbətim",  Ehtiram Hüseynov " Tel nazik",   Azərbaycan Televiziya və Radio Verilişləri  Qapalı Səhmdar Cəmiyyətinin solistləri Pərviz Qasımov  "Segah" təsnifi, Mirələm Mirələmov "Şüştər" təsnifi, Rövşən Əziz "Ay qaşı gözü qara qız", xanəndə  Sədəf Budaqova "Qadan mən alım" mahnılarını ifa etdilər.

Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbəri olduğu " Səadət" instrumental ansamblının müşayəti ilə keçən konsert proqramının sonunda İlkin Əhmədov,Təyyar Bayramov və Ehtiram Hüseynov "Dolanaram başına" mahnısını  birgə ifa etdilər.

Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyətinin "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Yaradanlar və Yaşadanlar" layihəsi ölməz sənətkarlaırn irsini gənc nəslə təbliğində mühüm rol oynayır.  

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və yaradıcılıq  layihələri davam  edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.