Mədəniyyət

Bakıda "Möhtəşəm toy" olacaq - Bəylə gəlin Moskvadan gəlirlər

2 Fevral 2019 17:39
2 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 17-si saat 20:00-da DTX Mədəniyyət Mərkəzində "Şikarnaya svadba" tamaşası oynanılacaq. 

Axı necə ola bilər ki, o, öz toy gününün səhərini, yatağında gözəl, lakin tanımadığı bir qızla aça bilir? Bill adında zərərsiz bəy subaylığa vəda şənliyinin səhərini bir otel otağında gözəl bir qızla açır. Lakin bir məsələ var! Billin gəlini qonşu otaqda gəlinliyini geyinib, öz sevgilisini görmək üçün səbirsizlənir. Billin ən yaxşı dostu və onun sağdışı Tom, o gecə oteldə baş verənləri öz üstünə götürərək, otelin xadiməçisi Julini, Billin toyu üçün xaricdən gələn Judi adlı nişanlısı kimi təqdim edərək, yaxın dostunun köməyinə gəlir... 

Görəsən toy baş tutacaq, yoxsa həyat bizim qəhrəmanlarımıza növbəti sürprizlərini təqdim edəcək? 

Biletləri (40 - 85 AZN)  şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall, Park Bulvar ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və http://bit.ly/2Cgn9HI saytından əldə edə bilərsiniz. 

Əlaqə nömrələri: 0503549054 / 0773549054

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.