Mədəniyyət

Dinozavrların həyat tərzini və hansı dildə danışdıqlarını öyrənmək istəyirsiniz? - Bakida maraqlı görüş

2 Fevral 2019 17:09
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 20-i (12:00 və 15:00) Bakı sakinləri müasir texnologiyaların sayəsində əsl dinozavrların olduğu bir dünyaya düşəcək.

Milli.Az bildirir ki, Akademik Mill Dram Teatrında həm kiçiklər həm də böyüklər üçün multimedia nümayişi çərçivəsində "Multizavrlar" tamaşası baş tutacaq.

Dinozavrların həyat tərzini və hansı dildə danışdıqlarını öyrənmək istəyirsiniz? Hər bir izləyicinin dinozavrlar haqqında maraqlı məlumat əldə etmək şansından savayı, onları dinozavrların olduğu sirrli adanı vulkandan xilas etmək kimi çətin bir missiya gözləyir! Qorxmaq lazım deyil, çünki hər bir tamaşaçıda təbiət ünsurlarını idarə edə bilən və zamanda səyahət etdirə bilən unikal və çox funksiyalı bir qolbaq olacaq. Cəsur və mehriban qəhrəmanlar isə bu missiyada tamaşaçılara köməklik göstərəcək! 

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və https://bitly.is/2SkI4U3 saytından əldə edə bilərsiniz. 
.
Biletlərin qiyməti: 20 - 50 AZN 
Əlaqə nömrələri: 0503549054 / 0773549054 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.