Mədəniyyət

Ramiz Əzizbəyli: "Sağalmaq üzrəyəm"

24 Yanvar 2019 14:44
0 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var. 

Milli.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında xalq artisti özü bildirib.

"Gördüyünüz kimi, artıq danışa bilirəm. Yaxşıyam, sağalmaq üzrəyəm. Evdə müalicəm davam edir. Həkimlər sağ olsunlar. Bütün millətimi öpüb, bağrıma basıram", - R.Əzizbəyli deyib.

Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.