Mədəniyyət

Xalq artisti 75 yaşını səhnədə keçirdi - FOTO

23 Yanvar 2019 17:19
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Hacı İsmayılov 75 yaşını teatrda qeyd edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, ötən gün rol aldığı "Qəribə, çox qəribə əhvalat" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb.

Doğum gününü qeyd edən aktyoru izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və başqaları olub.

Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub. Nazir Əbülfəs Qarayev Hacı İsmayılovu 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.