Mədəniyyət

“Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirildi - FOTO

18 Yanvar 2019 19:47
0 Şərh     Baxış: 1 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında "Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi" keçirildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, Jam Group müsabiqəyə təşkilatı dəstək verib. 

"Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilmişdir. Ölkəmizin bölgələrindən və qonşu ölkələrdən Türkiyə, Gürcüstandan yarışmaya qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı daima əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bəddi rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm" - deyə bildirdi ARA-nın prezidenti və AGİ-nin idarə heyətini üzvi Əziz Əzizov.

Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı). 

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.