Mədəniyyət

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub - FOTO

17 Yanvar 2019 14:31
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 16-da Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik Kinosu Həftəsi" çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman  məşhur telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin "Alı Zirvəsi" sənədli filminin   təqdimatı olub.

Tədbirdə Cəmşid  Naxçıvanski adına hərbi  liseyin şöbə rəisinin müavini, mayor Natiq Rəhimov və liseyin kursantları, BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli, "Xalq Qəzetini"nin baş redaktorunun müavini Tahir Aydınoğlu, Qarabağ  Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Məmmədov, KİV nümayəndələri və Alı Mustafayevin ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları Mərkəzin "Muzey" bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət ediblər. 

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlanıb və 20 yanvar  şəhidlərini bir  dəqiqəlik  sükutla  yad  edilib. 
Aparıcı Azər Zeynalzadə qeyd  edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirib, həmçinin  qəhrəman Alı Mustafayevin həyat haqqında  danışıb.

Çıxışçılar, Alı Mustafayevin müəllimləri dostları onunla bağlı öz xatirələrini bölüşüblər, onun çevik, qorxmaz bir telejurnalist olmasını, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci getməsini, bir neçə dəfə vertolyot qəzasına düşməsinə baxmayaraq daim ön cəbhədə olduğunu bildiriblər.   
Daha sonra film tamaşaçılara təqdim olunub. Sonda Milli Qəhrəmanın bacısı Maral Mustafayeva öz ailəsi adından tədbir təşkilatçılarına və filmin çəkilişində əməyi keçənlərə təşəkkürünü bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.