Mədəniyyət

Gürcüstandakı Dram Teatrının bədii rəhbəri vəzifəsinə ilk dəfə azərbaycanlı təyin olunub

11 Yanvar 2019 13:15
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bu vəzifəyə teatrın gənc aktyor və rejissoru Turqay Vəlizadəni təyin edib.

T.Vəlizadə teatrın ilk azərbaycanlı bədii rəhbəri olub. Belə ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli incəsənət xadimləri tutublar.

Qeyd edək ki, T.Vəlizadə Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır.

Xatırladaq ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze ötən ilin oktyabr ayında səhhəti ilə əlaqadər işdən çıxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.