Mədəniyyət

“Cinema Hits Show”

10 Yanvar 2019 20:00
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 23-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə, "Cinema Hits Show" konsert proqramı keçiriləcək.

Milli.Az xəbər verir ki. konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq.

İP Orchestranın təqdimatında "Titanic", "The Godfather", "Game of Thrones", "Fifth Element", "Sherlock Holmes", "Star Wars", "Pirates of the Caribean", "Harry Potter", "Kill Bill", "Pink Panther", "Pretty Woman", "Джентльмены удачи", "Бриллиантовая рука" və sairə əfsanəvi kinofilmlərdən musiqilər səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, "ASAN xidmət", "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

İqor Ponomarenko dəfələrlə Azərbaycanda böyük konsert proqramları ilə çıxış edən məşhur rus musiqiçi, dirijor, bəstəkar və IP Orchestra layihəsinin rəhbəridir. 2000-ci ilə qədər məşhur "Terem-Quartet"-in musiqiçisi kimi tanınmışdı, sonradan - "Ma.Gr.Ig.Al." qrupunu yaratdı. Ponomarenko dirijor kimi Dubayda debüt etdi - "Transformers" filminin musiqisinə yazılmış yeni "Concordia" layihəsini təqdim etdi. Rusiyada və xaricdə konsert fəaliyyəti ilə uğurla məşğuldur. Hal-hazırda Rusiyada Dima Bilan, Bi-2, Moral Codeks, Leninqrad, xarici səhnədən isə Ken Hensley kimi məşhur ifaçılarla əməkdaşlıq edir.

Saat 19:00-da başlayacaq şounun biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 10- 60 manat təşkil edir.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.