Mədəniyyət

İşıqlı Kuklalar Şousu

9 Yanvar 2019 20:00
Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa "İşıqlı kuklalar şousu" təqdim olunacaq.

Milli.Az xəbər verir ki, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq.

Nikolay Zıkov teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Hansılar ki, yenilikçi yaradıcılıq fəaliyyəti və peşakar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Saat 13:00-da başlayacaq şounun biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 10- 50 manat təşkil edir.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.