Mədəniyyət

Rusiyanın xalq artisti Denis Matsuyev Bakıda konsert verəcək

8 Yanvar 2019 12:35
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 8-də dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Milli.Az xəbər verir ki, ifaçı konsertdə öz repertuarında olan əsərlərlə yanaşı, dünya bəstəkarlarının da yaradıcılığına müraciət edəcək.

Denis Matsuyevın sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqədəki qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

Biletləri şəhərin kassalarından, bütün "ASAN xidmət" və onlayn iticket.az-dan əldə etmək olar.

İnformasiya dəstəyi Trend.az, Day.az, Milli.az, Azernews.az saytlarına məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.