Mədəniyyət

Muğam Mərkəzində musiqi məktəbi haqqında filmin premyerası keçirilib - FOTO

17 Dekabr 2018 14:37
Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirilib.

Milli.Az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi  ilə əlaqədar  keçirilən  tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirilib.

Nümayişdən əvvəl  Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirib.

Sonra filmin premyerası keçirildi. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən  bu sənədli film  məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq, hər dövrün ən yadda qalan anlarını əhatə edib.

Premyeradan sonra məktəbin şagirdlərinin  ifasında D.Dadaşovun, S. Prokofyevin, H.Venyavskinin, Q. Qarayevin, A. Məlikovun, A. Şnitkenin, T. Quliyevin əsərlərindən ibarət gözəl konsert keçirildi.
Gecə gur  alqışlarla sona çatıb.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.