Mədəniyyət

Muğam Mərkəzində “Gələcəyin ulduzları” IX Beynəlxalq Klassik Musiqi Festivalı

7 Dekabr 2018 17:07
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə "Future Stars 2018" ("Gələcəyin ulduzları") IX Beynəlxalq Klassik Musiqi Festivalının açılışı keçirildi.

Milli.Az xəbər verir ki, tədbirin əvvəlində Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi. 

Festivalı açan Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev qonaqları salamlayaraq onları yenidən Azərbaycanda görməyinə çox şad olduğunu bildirdi. 

Ondan sonra çıxış edən Gürcüstanın İncəsənət Xadimlər Birliyinin rəhbəri Nino Kupatadze  festivalın 3-cü dəfə Bakıda keçirilməyindən  məmnun olduğunu və iki ölkə arasında əməkdaşlıq  sayəsində neçə-neçə gənc ulduzların üzə çıxmasını bildirərək iştirakçılara uğurlar arzuladı.

Sonrakı konsert proqramında Beynəlxalq müsabiqələr laureatı, Tbilisi dövlət konservatoriyasının professoru, Gürcüstanın əməkdar artisti Nino Kutatadze və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış etdilər.

Müsabiqə dekabrın 6-dan 9-dək davam edəcək.

Festivalın yekun konserti və müsabiqə qaliblərinin mükafatlandırılması dekabrın 9-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.