Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrından yeni layihə - “Sevgilim Sumqayıt”...

5 Dekabr 2018 16:18
1 Şərh     Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcəkdir. Bildiyimiz kimi gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illik yubileyi qeyd olunacaqdır.

Milli.Az xəbər verir ki, dram teatrının yeni layihəsi də doğma şəhərimizin yubileyinə həsr olunacaqdır. Layihənin rəhbəri və ideya müəllifi teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, pyesin müəllifi Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

"Sevgilim Sumqayıt" adlanan yeni layihə  Sumqayıt şəhərinin yaranması,  onun ilk sakinlərinin əmək fəaliyyəti, ümumiyyətlə Sumqayıtın  dünəni, bu günü və sabahı haqqında bədii, dolğun və təsirli sujet xətti ilə, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.

Sumqayıt sakini bir qadının həyatından bəhs edən "Sevgilim Sumqayıt" əsərində teatrın gənc və orta nəsil aktyorları rol alacaqlar.

"İnanırıq ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş sözügedən bu layihə Sumqayıt Dövlət Dram Teatrı  kollektivindən  şəhərimizin sakinlərinə layiqli yubiley hədiyyəsi olacaqdır."- deyə  layihə rəhbəri Mübariz Həmidov bildirmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.