Mədəniyyət

“Axırıncı partada oturub sakitcə kitab oxuyurdum” - Çingiz Abdullayev - VIDEO - FOTO

27 Noyabr 2018 20:08
2 Şərh     Baxış: 2 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq yazıçısı Çingiz Abdullayev "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, o, Bakı şəhər 189 saylı tam orta məktəbdə  oxuyub. Yazıçı bildirib ki, təhsil aldığı məktəb evlərinə yaxın olub, buna görə də o, məktəbdə özünü elə evindəki kimi rahat hiss edib:

"Zəng çalınmağa başlayanda evdən çıxırdım və bitənə kimi gəlib dərsə çatırdım".

Yazıçı şagird ikən riyaziyyat fənnini sevmədiyini söyləyib. Lakin fəal şagird olub, Mütaliəyə və futbola maraq göstərib. Məktəbdə fəaliyyət göstərən futbol klubunun prezidenti olub:

"Kitab oxumağı sevirdim. Boyum uca olduğuna görə axırıncı partada oturub, sakitcə kitab oxuyurdum".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.