Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrı məktəbliləri sevindirdi - FOTO

21 Noyabr 2018 14:27
Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Sumqayıt şəhər məktəblilərinin estetik zövqünün, dünya görüşünün, bədii anlamının formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların Azərbaycan və dünya dramaturgiyası nümunələri ilə tanışlığına böyük önəm verir.

Elə bu məqsədlə məktəblilərin qısa tətil günlərində kiçik və orta yaş təbəqəsini əhatə edən tamaşaçılar üçün hazırlanmış yeni tamaşalar göstərilir. Noyabr ayında kollektiv rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?", Qrimm qardaşlarının "İtkin qız" tamaşalarını balaca dostlarına təqdim edir. "Kim güclü, kim ağıllı" tamaşanın süjet xətti özündə dostluğu, cəsarəti, vətənpərvərliyi ehtiva edir.

Teatrın rəhbəri Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə  Azərbaycanda ilk dəfə əlaçı, intellektli şagirdlərdən ibarət alternativ bədii şura yaradılıb. Bu da, heç şübhəsiz, uşaq və yeniyetmələrin arzu və istəklərinin nəzərə alınmasında, onları düşündürən aktual problemlərə uyğun əsərlərin seçilib repertuara daxil edilməsində səmərəli bəhrəsini verəcəkdir.

Onu da bildirək ki, yaxın günlərdə məktəblilərin qış tətili müddətində onlara maraqlı və bayram əhval-ruhiyyəli yeni il proqramının hazırlanmasına start verəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.