Mədəniyyət

Möhtəşəm cütlük Təranə Mahmudovanın caz gecəsində - VİDEO

20 Noyabr 2018 13:00
0 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar azərbaycanlı ifaçı Təranə Mahmudova Beynəlxalq Muğam Mərkəzində "Baku Sound" adlı konsert proqramı ilə çıxış edəcək.

Milli.Az xəbər verir ki, Təranə Mahmudovanın yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunmuş caz gecəsi noyabrın 28-də saat 20:00-da baş tutacaq.

Konsert proqramında Azərbaycanın caz şəklinə salınmış xalq kompozisiyaları və müasir caz əsərləri təqdim ediləcək. Çıxış dünya səviyyəli bas-gitaraçı, super caz ulduzu Linli Marte, məşhur zərbəçi, beynəlxalq festivalların iştirakçısı və laureatı Zaza Tserdsvadze (Gürcüstan) və istedadlı pianoçu Elbəy Məmmədzadənin (Azərbaycan) müşayiəti ilə baş tutacaq.

Linli Marte ekzotik Mavriki adasında anadan olub. Onun musiqi üslubunu ehtiras, virtuozluq və Afrika ilə hind aksentlərinin eşidildiyi unikal ritm hissləri təşkil edir.

O, musiqini fantastik qavrama qabiliyyəti və təbii texnika sayəsində bas-gitara ilə müasir ifaçılıqda inanılmaz zirvələrə çatıb. Linli Marte musiqi karyerası ərzində bir çox, o cümlədən François Jeanneau, Lionel Belmondo, Stéphane Belmondo, Eric Bensoussan, Antoine Hervé, Marc Berthoumieux, Sylvain Beuf, Flavio Boltro, Jean-Pierre Como, Laurent Coq, Jean-Marie Ecay, Christian Escoudé, Denis Leloup, Francis Lockwood, Nicolas Genest, Nguyên Lê, Olivier Ker Ourio kimi tanınmış musiqiçilərlə əməkdaşlıq edib.

Zaza Tserdsvadze bir çox məşhur musiqiçilərlə, o cümlədən Tony O'Malley, Frank Collins, Neil Hubbard, The ZumbaLand ilə "International Blues Challenge" (Memphis, the USA), "Good Wood Fest" (UK), "Ronny Scott's club" (UK), "606 Jazz Café" (UK), "Jazz Keller Club" (Germany), "Odda Blues Fest" (Norway), "Saulkrasti Jazz Fest" (LV), "Sierra Blues Fest" (Swiss), "Black Sea Jazz Fest" (Geo), "Tbilisi Jazz Fest, Lotus Jazz Fest" (PL) və s. festivallarda çalışıb.

Biletləri şəhərin bütün kassalarında və www.iticket.az saytından onlayn əldə etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Möhtəşəm cütlük Təranə Mahmudovanın caz gecəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.