Mədəniyyət

Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə Saz-Söz axşamı - VİDEO

18 Noyabr 2018 12:29
0 Şərh     Baxış: 1 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 4-də Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə Saz-Söz axşamı keçiriləcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Respublika Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə, əsrlərin sınağından çıxan, ruhumuza hopan, sazın tellərində, aşığın nəğmələrində yaşayan əbədi musiqi aşıq musiqisi təqdim olunacaq.

Konsert proqramında Mahmud Göyçəli, Əli Quliyev, Ədalət Dəlidağlı, aşıq Samirə, aşıq Əli, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Babək Şakirli, Kəmalə Qubadlı, Qələndər Zeynalov, Nəbi Nağıyev, Ağamurad Şirvanlı, Ramin Qarayev, Nargilə Mehdiyeva, Babil Faxralı, Gülarə Azaflı, Telli Borçalı, Haşım Qubalı, Gözəl Kəlbəcərli, Əli Pənahoğlu, Vədud və Cəfər Xakpur, Səlim Göyçəli, Duman Kəlbəcərli, İlham Aslanbəyli, Solmaz Kosayeva, Avdı Musayev, Şaiq İncəli, Altay Məmmədli, Nazim Quliyev, Umbay Axundov və "Laçın", "Koroğlu", "Çeşmə", "Misri" aşıqlar qrupları iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Videonu izləmək üçün şəklə klikləyin:
Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə Saz-Söz axşamı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.