Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində “Qara oyun” tamaşası - FOTO

18 Noyabr 2018 12:17
0 Şərh     Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 16-dа Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakultəsi tələbələrinin iştirakı ilə Əbdülrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsəri əsasında qoyulmuş "Qara oyun" tamaşası uğurla keçdi.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində həyata keçirilmişdi.

Tamaşanın məqsədi Əbdülrəhim bəy Haqverdiyevin yaradıcılığının gənc nəsilə müasir reallıq şəkilində, yeni formatda çatdırılması idi.

Tamaşanın quruluşçu rejissoru - Xalq artisti Məmməd Səfadır.

Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri,əsərin məzmununa uyğun qurulan dekorasiyalar  tamaşaçıları heyran etdi və alqışlarla qiymətləndirildi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli, klassik və etnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir. 

Noyabrın 19-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı ilə birgə Əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.