Mədəniyyət

Kirayə qaldığı evin mebelini satan ər-arvad məhkəmə qarşısında

15 Noyabr 2018 21:24
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhddə təqsirləndirilən Qadir Məmmədov və Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən hər iki şəxs özünü təqsirli bilib.

Sonra iş üzrə zərərçəkmiş şəxs - Nailə Məmmədova ifadə verib. O, ifadəsində dəymiş ziyanın ödənilmədiyini deyib:

"Mənə vurulan ziyan ödənilməyib. Əgər ziyan ödənilməsə, hər iki şəxsə ağır cəza verilməsini istəyirəm".

Məhkəmə iclası noyabrın 22-dək təxirə salınıb.

İttihama görə, rəsmi nikahda olan Q. Məmmədov və S. Əmirxanova kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebelini satıblar. Onlar mebeli və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə, N. Məmmədovaya xəbər veriblər. Qadının şikayəti əsasında Q. Məmmədov həbs edilib, S.Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.