Mədəniyyət

Mələkxanım Əyyubova tələbəsiylə barışdı - VİDEO

16 Noyabr 2018 21:38
2 Şərh     Baxış: 3 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mələkxanım Əyyubova tələbəsi, əməkdar artist Nigar Şabanovayla barışıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, ARB TV-də Elgiz Əkbərin aparıcılığıyla yayımlanan "Səhər-səhər" verilişində doğum gününü qeyd edən Əyubbova onu təbrik etmək üçün gələn Şabanovayla barışıb:

"Nigar özü deyirdi ki, uşaq vaxtı mənə balaca Mələkxanım deyirdilər. İndi o, böyüyüb və Nigar Şabanova kimi tanınır. Şəxsən mən Zeynəb Xanlarovaya baxıb sənətə gəlmişəm. Düzdür, o, mənə dərs keçməyib. Ancaq Zeynəb xanımdan görüb götürdüklərim bir məktəbdir. O, hər birimizin müəllimidir. Nigar da qanad açmış göyərçinlərdən, tələbələrdən biridir. Xarici səfərlərimdə Nigar yanımda olub. Heydər Əliyev adına Sarayda səhnəyə çıxartdığım yeganə tələbəm Nigardır".

Gənc xanəndə də öz növbəsində müəllimi barədə xoş sözlər deyib:

"Can sağlığı uzun ömür arzu edirəm. Heç vaxt səhnəmizdən əskik olmasın. Bu günə kimi qazandığı hörmətlə həyatını, ömrünü sürsün".

Qeyd edək ki, bir müddət öncə M.Əyyubova ilə N.Şabanova arasında gərginlik yaranmışdı. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gənc müğənni yenə Mələkxanıma qarşı çıxdı

Mələkxanım Əyyubova tələbəsiylə barışdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.