Mədəniyyət

“Ağıllı tülkü” və “Sevgi şimşəyi” tamaşaları ölkəmizi Beynəlxalq Festivalda təmsil edəcək - FOTO

14 Noyabr 2018 15:18
Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib.

Milli.Az bildirir ki, Bakı Uşaq Teatrının kollektivi 12-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Teatr festivalda iki tamaşa ilə çıxış edir.

Belə ki, onlardan biri - "Ağıllı tülkü" tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müddətdir ki,  repertuardadır və Azərbaycanda azyaşlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İndi həmin tamaşa Türkiyədə uşaqlara təqdim olunacaq.  

Festivalda nümayiş olunacaq daha bir tamaşa - "Sevgi şimşəyi" isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub. Komediya janrında hazırlanmış bu tamaşanın da həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir. 

12 noyabrda festivalın açılışı olub. Bakı Uşaq Teatrının kollektivi açılışda iştirak edib.

Biləcik Bələdiyyə başkanı Nihat Can, Bilecik millet vekili Selim Yağcı, Bilecik valisi Tahir Büyükakın və başqa rəsmi şəxslər açılışda iştirak edib.

Festivala noyabrın 13-də Bakı Uşaq Teatrının "Ağıllı tülkü" tamaşası ilə start verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.