Mədəniyyət

"Səhnədə yıxıldım, tamaşaçılar elə bildi ki, oynayıram" - Azərbaycanlı aktrisa başına gələn hadisədən danışdı - FOTO

14 Noyabr 2018 22:02
3 Şərh     Baxış: 3 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nübar Novruzova səhnədə başına gələn hadisələrdən danışıb. Milli.Az-a açıqlama verən aktrisa illər öncə səhnədə yıxıldığını bildirib:

"Təmirsiz bir klubda tamaşa oynayırdıq. Yer nəmişlik idi, döşəmədəki boşluğa nazik taxta qoyub, üstündən xalça sərmişdilər. Mən bilmirdim ki, xalça sərilən yer boşluqdur. Səhnəyə çıxanda boşluğa düşdüm, qıçım, qolum əzildi. Səhnədə axsayırdım, tamaşaçılar elə bilirdilər ki, tamaşa oynayıram. Elə vaxt olub ki, 40 dərəcə ilə gəlib tamaşa oynamışam, amma hiss etməmişəm. Səhnədən düşəndən sonra hiss etmişəm ki, xəstəyəm. Biz bu ağrıları səhnədə hiss etmirik, əksinə səhnədə unuduruq" .

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.