Mədəniyyət

Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli mərasimdən FOTOlar

10 Noyabr 2018 16:24
0 Şərh     Baxış: 667

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçdi.

Milli.Az xəbər verir ki, noyabrın 8- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı və Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Bura Vətəndir!" adlı   möhtəşəm konsert keçirildi.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov  Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə mühüm yer tutduğunu bildirdi. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, demokratik dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayan akademik, bu qısa müddətdə qadınlara səsvermə hüququnun verildiyini, ölkə ərazisində yaşayan etnik, milli azlıqların parlamentdə təmsil olunduğunu xatırlatdı və müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə məlumat verdi.

Konsertin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova, Əməkdar mədəniyyət işçisi, müğənni aşıq Solmaz Kosayeva, Aşur Adıgözəlov, Novruz Novruzlu, aşıq Məharət, bəstəkar ifaçı Çilənay Hüseynova, Ülviyyə Sədaqət, Həlimət Sultan çıxış etdilər .

İfaçıları  Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərlıyi altında "Dədə Qorqud" folklor ansamblı müşayiət edirdi. 

Tədbir böyük maraqla qarşılandı və gur alqışlarla sona çatdı.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində geniş ictimaiyyət arasında azərbaycan muğamının və onun əsasında yaranan xalq mahnılarının təbliği və inkişafı məqsədi ilə keçirilən tədbirlər və maraqlı yaradıcılıq layihələri davam edir. 

Noyabrın 13- də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi münasibəti ilə yubiley gecəsi keçiriləcək.

Biletləri şəhərimizin kassalarında, "ASAN" xidmət  mərkəzlərində və İticket.az saytında əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.