Mədəniyyət

Aqil M.Quliyevdən Amaliya Pənahovaya - İTHAF

9 Noyabr 2018 03:30
0 Şərh     Baxış: 2 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Aqil M.Quliyev çəkdiyi "Şaman" filmini mərhum xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "ölkə.az"a açıqlamasında rejissor bildirib:

"Amaliya xanımla sonucu dəfə ötən il görüşüb film barədə danışmışdıq. Vəfat etməsi xəbərini sizdən eşidirəm. Çox pis xəbər oldu. "Şaman" filmində daha bir xalq artisti Yuri Baliyev də çəkilirdi və o da vəfat etdi. Allah hər ikisinə rəhmət eləsin!"

Qeyd edək ki, A.Pənahovanın çəkildiyi sonuncu film olan "Şaman" qədim türk mifologiyası üzərində qurulan əhvalatdır. Filmin təqdimatı bu ilin əvvəlində keçiriləcəkdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.