Mədəniyyət

Mehriban Xanlarova: "Həmin an bunu bildirməsəm, ürəyim partlayar..." - FOTO

9 Noyabr 2018 08:40
3 Şərh     Baxış: 2 186

Milli.Az bildirir ki, aktrisa Mehriban Xanlarova publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq qalmış suallarını tamamlayıb.

Böyük günah işləmədiyini deyən aktrisa müsahibəsində riyakar insanlardan gileylənib.

- İndiki ağlım olsaydı...

- Keçmişdə yol verdiyim səhvləri təkrar etməzdim.

- Ən böyük səhvim o olub ki...

- İnsanlara inanmışam.

- Dünyanı dəyişə bilsəydim...

- Yalanın və cəmiyyətdə bir-birimizə qarşı biganəliyin qarşısını alardım. İstəməzdim ki, insanlar bir-birinə kələk gələrək, hansısa yollarla nələrəsə nail olsun. Təəssüf ki, belələri ilə tez-tez rastlaşıram.

- Kiminsə yalan danışdığını biləndə...

- Əksər hallarda susmuşam, qarşı tərəfi utandırmaq istəməmişəm. Bəzən elə yalanlar eşidirəm ki, mənə çox pis təsir edir və sübut edirəm ki, dedikləri ağ yalandır. Həmin an bunu bildirməsəm, ürəyim partlayar.

- Qadınlar o kişilərə xəyanət etmir ki...

- Etməyən var ki?

- Seviləsi qadın olmağın ilkin şərti...

- Yəqin ki, ən çox yalan danışan, fırıldaqla məşğul olan xanımlar kişilər tərəfindən daha çox sevilir. Kişilər hər zaman sözün düzünü deyən xanımları qəbul edə bilir.

- Qadınlar yaşını ona görə, gizlədir ki...

- Yaşı gizlətmək mümkündür, maraqlıdır ki, bəs bədəni və üzünün cizgilərini necə gizlədəcəklər? 51 yaşındayam və heç bir yaş kompleksim yoxdur.

- Qadına qarşı şiddət...

- Özümü şiddətə məruz qalan müdafiəsiz qalan qadınların yerinə qoyuram. Çox acınacaqlı haldır, istəməzdim ki, qadınlar bunu yaşasın.

- Vicdanım haqqı...

- Vicdanım haqqı çoxlarına baxanda vicdanlı insanam.

- Tez-tez təəssüf edirəm ki...

- Saf və təmiz hisslər azalıb. Ən çox buna təəssüflənirəm.

- Tənhalıq qadın üçün lənətdir, yoxsa ki...

- Tənhalıq mənim üçün dəhşət və depressiya deməkdir. Təklikdən həmişə qorxmuşam.

- Vanqa ilə görüşsəydim...

- Soruşardım ki, aldanmayana qədər insanların iç üzünü necə tanıya bilərik? Gələcək taleyimlə bağlı heç nə soruşmazdım. Yol uzun həyat qısa...

- Küsülü olduğum insana demək istərdim ki...

- Heç nə deməzdim, dəyməz.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki?

- Kainatda Allahın yaratdığı heç bir varlıq bərabər deyil. Bu, onun hikmətidir.

- Dostlarıma məsləhət görürəm ki...

- Can sağlıqlarını qorusunlar.

- Günahlarım yadıma düşəndə...

- Elə ağır günahlarım yoxdur ki, tövbə edim və ya qorxuya düşüm.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- Ən pis anlarımda da icazə verməmişəm ki, kimsə bu inancı məndən alsın. İnamsız yaşamaq çətindir.

- Ən böyük ədalətsizlik...

- Həyatımda yaxın bildiyim insanlar mənə gözlənilməz anda arxadan zərbələr vurdu. Buna baxmayaraq, onları bağışlamışam, çünki kinlə və nifrətlə yaşamağı bacarmıram. Bu hisslər insan sağlamlığı üçün də zərərlidir. Hətta mənə pislik edən insanlara sonradan yaxşılıqlar etmişəm, heç nə olmamış kimi gülüb-danışmışam.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Sadəlövhlüyümdən istifadə etsin.

- O zaman düşünmədən riskə gedirəm ki...

- İstənilən halda risk etməyi sevirəm.

- Çıxılmaz vəziyyətə düşəndə...

- Ancaq öz gücümə güvənirəm və Allahdan başqa heç kimə etibar etmirəm.

- Yaxşı gündə, pis gündə...

- Ələkdən keçən dostlar yanımızda olsun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ss · 9 Noyabr 10:3901

    çox aqresivsən bu birinci. daha sonra təklikdən qorxursansa quranı oxu əgər oxumusansa demək başa deşməmusən

    Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Noyabr 12:1730

    Mehriban xanım ailəsinin butun sorumluqları ciyinlərində daşıyır. Tək yaşamır. İki qardaşı və anasıyla yaşayır.Və həmişə evi qonalı olur. Rayonlardan gələn kasıb insanlara lazım olan köməklikləri edir. Aqressiv olması isə o cox əziyyət cəkib . Urəyi cox safdır Mehriban xanımın. Biz qonşular sevirik onu. Məhləmizdə hamı cox istəyir Mehriban xanımı.

    Cavab yaz
  • Anonim
    men · 9 Noyabr 17:1300

    Aqressiyanin cox olmasi sozu duz demeye delalet etmir.Qadina yarawmayan kobudliga getirib cixarir.Bu da Mehribanda var .Wir burcudur.Sozun dogrusu wirler daniwmaqdansa iw gorseler yaxwidir.Yoxsa ilhame quliyeva kimi o qeder men men deyirler ki bu da onlari batmaga aparib cixarir.Sehvlerini bilerekden gormek istemirler.Elelerine da deyirler "aciq gor" .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.