Mədəniyyət

Qızı Amaliya Pənahovanın xərçəng olduğunun yayılmasını istəmirdi...

8 Noyabr 2018 14:38
10 Şərh     Baxış: 11 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlarında dünyasını dəyişib. Aktrisanın onkoloji xəstəlikdən vəfat etdiyi haqda məlumat yayılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli A.Pənahovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və uzun zamandır müalicə olunduğunu təsdiqləyib.

Ancaq o, məsələ barədə geniş danışmaq istəmədiyini bildirib: 

"Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumat yayılmasını istəmir. Bu səbəbdən ətraflı məlumat verə bilməyəcəm. Allah rəhmət eləsin".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xalq artistinin ölümü ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə çağırış daxil olmayıb. Bu hal da o ehtimalı yaradır ki, A.Pənahova müalicə aldığı xəstəxanada - Milli Onkologiya Mərkəzində vəfat edib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə açıqlamasında qeyd edib ki, hazırda Amaliya Pənahova ilə vida mərasimi və harada dəfn olunması məsələsi müzakirə edilir.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ildə anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.