Mədəniyyət

"Şaman" Amaliya Pənahovanın sonuncu obrazı oldu - FOTO

8 Noyabr 2018 14:14
3 Şərh     Baxış: 3 527

Ötən gün gecə saatlarında dünyasını dəyişən xalq artisti Amaliya Pənahova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bakı Bələdiyyə Teatrının yaradıcısı olan aktrisa uzun fasilədən sonra rejissor Aqil M.Quliyevin filmində rol alıb. "Şaman" adlanan ekran işi hələ təqdim edilməyib. Rejissor bir neçə ildir ki, ekran işi üzərində çalışır.

Aqil əməkdaşımızla söhbətində bildirib ki, yeddi ildir üzərində çalışdığı "Şaman" 2019-cu ildə tamaşaçıların ixtiyarına veriləcək:

"Amaliya xanımla bağlı olan səhnələrin çəkilişi başa çatmışdı".

"Şaman"da mərhum aktrisa şaman qadın obrazını canlandırıb. Ekran işindən aktrisanın yayılan fotoları tamaşaçıları təəccübləndirib. Pənahova burada tanınmaz halda kamera qarşısına keçib.

"Şaman" mərhum aktrisanın rol aldığı sonuncu film olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    sura · 8 Noyabr 14:2960

    Son illər əvəzolunmaz aktyor və aktirisalarımızı itiririk.Görəsən onların davamciları olacaq.Amaliya xanımın ölumu məni cox sarsıtdı.Allah rəhmət etsin.

    Cavab yaz
  • Anonim
    Oxucu · 8 Noyabr 15:0480

    "Qərib cinlər diyarında" filmindəki obrazına oxşadı. Bu aktrisa hər cür rolu yaratmağı bacarırdı

    Cavab yaz
  • Anonim
    Mamed · 8 Noyabr 15:1550

    Allah rəhmət etsin. Obrazları öz yerində, bir çox dublyajlarda onun səsi qulağımızdan getmir. Fani dünya!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.