Mədəniyyət

Azərbaycanın ən cazibədar aktrisası 25 il sonra üzə çıxdı, görünüşü TƏƏCCÜBLƏNDİRDİ - FOTO

8 Noyabr 2018 21:12
7 Şərh     Baxış: 12 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanların ən cazibədar aktrisası, uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan Elmira Həşimzadədən xəbər var.

Milli.Az aktrisanı 25 il sonra tapmağa müvəffəq olub. O, saytımıza açıqlama verərək bunları bildirib:

"Xeyli müddətdir ki, sənətdən uzaqlaşmışam. Uzun illər Sumqayıt Dram Teatrının səhnəsində bir çox rollar oynamışam. Hal-hazırda evdəyəm, istirahət edirəm. 73 yaşım var, artıq özümü sənətdə görmək istəmirəm. Onu da deyim ki, iki nəvəm var, başım nəvələrimə qarışıb", - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisa teatr yaradıcılığı ilə yanaşı bir neçə filmdə də çəkilib. Sənətdən uzaqlaşandan sonra aktrisa mətbuatla əlaqəsini kəsmişdi.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.