Mədəniyyət

Azərbaycanlı aktrisadan kövrək ETİRAF: "Heç vaxt ona demədim ki, məni niyə bu dərdə saldın?" - FOTO

9 Noyabr 2018 21:20
12 Şərh     Baxış: 9 022

Əməkdar artist Kübra Əliyevanın Milli.Az-a müsahibəsi.

- Kübra xanım, səhhətiniz necədir?

- Ara-sıra müayinəyə gedirəm, lazım olanda ev şəraitində müalicə alıram. Daim həkim nəzarətindəyəm.

- Sənət üçün darıxırsınız?

- Desəm ki, darıxmıram, yalan olar. Əlbəttə ki, darıxıram. İstər Musiqili Teatrda, istərsə də Akademik Milli Dram Teatrında ağır yüklü rollar oynamışam. Səhnəyə çıxanda dərd-qəmimi unudurdum. İndi o günləri yada salıb, böyük bir ah çəkirəm.

- Adətən sənətkar yaşa dolanda teatrı tərk edir. Amma sizdə tam əksinə oldu, teatrın sizə daha çox ehtiyacı olan vaxtda sənətdən getdiniz.

- Mən həmişə deyirdim ki, 60 yaşım olanda səhnədən gedəcəyəm. Bunu bütün sənət yoldaşlarım da bilirdi. Elə də oldu. Mən vaxtilə teatrda korifey sənətkarlarla çiyin-çiyinə çalışmışam. O sənətkarlar ki, səhnəyə çıxanda yer titrəyirdi. Onların itkisi də mənə çox pis təsir etdi. Sağıma baxdım gördüm ki, heç kim yoxdur, soluma baxdım gördüm ki, boşdur. Kiminlə oynayacaqdım? Ona görə də teatrı tərk etdim.

- Bir aktrisa kimi sizdən bu gün də filmlərimizdə istifadə edə bilərlər. Ümumiyyətlə film təklifləri olur?

- Yalan deyə bilmərəm ki, təkliflər yoxdur. Filmlərə dəvət edirlər, amma özüm getmirəm. Mənə nə qəfildən həyəcan, nə də gülüş olmaz. Bu səhhətimə pis təsir edir. Mənim üçün artıq o kitab bağlanıb. Verilişlərə dəvət edəndə seçim edib gedirəm. İstəyirəm həmişə xalqın yanında olum, onların çətin günlərində dərdlərinə şərik olum. Axı mən həmişə xalqın içində olmuşam.

- Kübra xanım, güclü qadınsınız?

- Bəli, güclüyəm! Bu həyatı yaşayıb bura qədər gəlmişəmsə deməli güclüyəm.

- Yaşadığınız ömürdən razısınız?

- Əlbəttə razıyam, razı olmayıb nə edəcəyəm ki? Bu mənim alın yazımdır. Hər günümə şükür edirəm. Allah dərd verəndə dərman da verir. Dərdi də çəkmişəm, xoş gününü də yaşamışam.

- Bu fikir doğrudur ki, Allah sevdiyi bəndələrini həmişə sınağa çəkir?

- Bəli, mən buna inanıram. Neçə ildir ki, sınaqdayam. Allahıma heç vaxt demədim ki, məni niyə bu dərdə saldın? Heç vaxt üsyan etmədim.

- Övladlarınıza həm kişi olmusuz, həm də qadın. Bu çətindir?

- Bəli, çox çətindir. Amma mən bunu bacardım. Teatra işə düzələnə qədər balalarıma görə müraciət etmədiyim iş yeri qalmadı. Çünki həyatın yükü üstümdə idi.

- Həyatda nədən qorxursnuz?

- Daha heç nədən qorxmuram. Çünki həyatda görmədiyim dərd, yaşamadığım problem qalmayıb.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Əsranur · 9 Noyabr 21:243731

    "Övladlarınıza həm kişi olmusuz, həm də qadın. Bu çətindir?"..Bəlkə,"Övladlarınıza həm ana olmusuz, həm də ata????" Övlada kişi-qadın evlənəndə lazım olar.Övlada ana-ata lazımdı.

    Cavab yaz
    • Anonim
      Musa. · 9 Noyabr 21:32341

      Düz

      Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 22:46297

      Acığı,bu şərhdə nə bu qədər likelıq,nə də dislikelıq bir şey yazmamışam.Oynayın özünüzçün:))))

      Cavab yaz
      • Anonim
        Əsranur · 9 Noyabr 23:153318

        Çox təşəkkür edirəm like-görə.Sanki,xeyirlə şər mənim uğrumda döyüşür.İrəlii!!!:))))))

        Cavab yaz
        • Anonim
          sevgi · 9 Noyabr 23:2962

          Üreysen qurbandi sene

          Cavab yaz
          • Anonim
            Əsranur · 9 Noyabr 23:33101

            Bayyy.Bu neydi belə gecə-gecə?:)

            Cavab yaz
            • Anonim
              sevgi · 9 Noyabr 23:3950

              sen onlara gire beynivi yorma men vermişem senin serhlerini beyenirem deye verdim

            • Anonim
              Əsranur · 9 Noyabr 23:5041

              Təşəkkürlər:)

      • Anonim
        E0o · 9 Noyabr 23:15216

        esranur sen Esrasan ikinizde ozunuze like edirsiz

        Cavab yaz
        • Anonim
          Əəəyə · 9 Noyabr 23:2773

          Sən canın düz deyirsəəən?

          Cavab yaz
        • Anonim
          Əsranur · 9 Noyabr 23:2792

          Həəə?Elə düşünürsən?Malades səndəki güclü təfəkkürə.Nə təhər də düz bildine Əsra ilə mənim eyni adam olduğumu.Pah atonnan..Gecə-gecə lap şok keçirfim bu acıqlamandan.Nahaq sirrimi açdın.:)))))Külbaş,bədbəxt,balqabaq....Bəsdi,yoxsa,yenə də gəlsin???Utanma,de:))

          Cavab yaz
        • Anonim
          Əsranur · 9 Noyabr 23:2890

          Burda 1 like belə özümə vermişəmsə,Allah bəlamı versin.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.