Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirildi

31 Oktyabr 2018 18:19
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə yaradılan Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirildi.

Milli.Az xəbər verir ki, ilk dəfə böyük dramaturq, filosof, maarifpərvər ziyalı Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası ilə tamaşaçıların görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olundu. 

Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində qurub. Dərvişin əcinnələri hadisələrin gedişinə təsir göstərir, süjet xəttini dolğunlaşdırırlar. Amma bu dəfə əcinnələr xeyirxah missiyada çıxış edirlər. 

Aparıcıların təqdimatı ilə teatr truppası səhnəyə dəvət olundu və onlar üçün ayrılmış yerlərdə əyləşdilər. Sonra  Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevvə  Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, teatr kollektivini təbrik etdi. Çıxışlarda dövlət başçısının milli mədəniyyətə, incəsənətə xüsusi qayğısından , bu sahədə reallaşan əhəmiyyətli layihələrdən danışıldı. Elə bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı kollektivin bir qrup üzvünə fəxr adların və "Tərəqqi" medalının verilməsi  vurğulandı. Prezident sərəncamı səsləndirildikdən sonra fəxri adlar, habelə  "Tərəqqi" medalı əməkdaşlara təqdim  olundu. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov  şəhərin  sosial-mədəni həyatında  fəal iştirakına görə bir qrup aktyoru  Fəxri fərmanla təltif etdi.

Kollektivin bu özəl günündə bir-birindən rəngarəng çıxışlar, maraqlı təbriklər oldu. 1969-cu ildə teatrda qoyulmuş ilk tamaşa- " Müsyö Jordan və dərviş Məstəli şah"  komediyasının rejissoru xalq artisti  Cənnət Səlimova təbrikə qoşuldu.Azərbaycan Teatr Xadimləri İttifaqının  sədri Azər Paşa  Nemət Azərbaycan Teatr Xadimləri İttifaqının  Fəxri fərmanlarını bir qrup aktyora təqdim etdi.

Milli Akademik Dram Teatrının  aktyorları Hacı İsmayılov,  Əjdər Həmidov və Əli Nur, Akademik Opera balet teatrının solisti Gülüstan Əliyeva, Bakı Musiqili Teatrının aktyorları  xalq artisti İlham Namiq Kamal və digər aktyorlar öz təbriklərini çatdırdılar. Daha sonra zaman-zaman teatrın repertuarında yer tutmuş müxtəlif tamaşalardan fraqmentlər manitor vasitəsilə göstərildi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi də öz təbrikini orijinal formada çatdırdı  Respublilanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları musiqi töhvəsini verdi.  Həmçinin digər ölkələrdən teatr rəhbərlərinin təbrikləri monitorda göstərildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.