Bakıda III Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
25-27 oktyabr tarixlərində Bakıda "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq "Türk dünyasının ortaq dili ‒ naxışlar" simpoziumu keçirildi.
Milli.Az xəbər verir ki, simpoziumun proqramı konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət idi. Tədbirə 22 ölkədən 83 iştirakçı qatıldı.
Simpoziumun təşkilatçıları - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС) və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Media dəstəyini AMEA Mərkəzi Elmi Kitabxana, day.az, trend.az, milli.az, Azernews.az xəbər portalları, "Felt Fashion" (Rusiya), "Carpet Collector" (Almaniya) və "FiltzFun" (Almaniya) jurnalları göstərir. Onlar müntəzəm olaraq simpoziumla bağlı xəbərlər yayımlayır.
Simpoziumda Azərbaycan, ingilis, rus və türk dillərində elmi konfrans təşkil olundu. "Keçə tarixindən", "Ənənələr və müasirlik" "Keçə geyim və interyerdə", "Muzey kolleksiyalarında keçə", "Keçənin bədii və texniki xüsusiyyətləri", "Keçə müasir incəsənətdə" və "Keçə moda dünyasında bir trend kimi" mövzular üzrə sessiyalar kecirildi. Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində "Ənənəvi keçə sənəti" və "Keçə müasir incəsənətdə" sərgilərinin açılış mərasimi baş tutdu. Azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveç, amerikalı keçəçi-rəssamların da əl işləri təqdim olundu.
Simpozium çərçivəsində keçə sənətində dünyaca məşhur türk üstalarının ustad dərsləri təşkil edildi. Mehmet Girgiç və Teresa May-O'Brien tərəfindən "Osmanlı" texnikası üzrə ustad dərsləri iki gun ərzində davam etdi. Bununla yanaşı, oktyabrın 27-də Selçuk Gurişikın nuno-keçə üzrə ustad dərsləri də təşkil olundu.
Simpozium günləri ərzində Azərbaycan Xalça Muzeyində Azərbaycan və digər ölkə ustalarının yaratdığı keçə sənət nümunələrindən ibarət üç günlük satış-yarmarkası keçirildi.
Yadda qalan tədbirlərdən biri "Four Seasons Baku" otelində keçə sənətinin müasir modada tətbiq olunmasını əks etdirən moda nümayişi oldu. Burada Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Qazaxıstandan gələn 7 modelyer keçə sənətindən bəhrələnərək bu texnikada hazırladıqları libasları təqdim etdi. Moda nümayişi zamanı iştirakçı və qonaqlar üçün hədiyyələrlə dolu uduşlu loloteya keçirildi. Tədbirdə "Qaya" qrupu çıxış etdi.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fidan Hacıyeva yubileyini möhtəşəm üç aylıq Beynəlxalq Opera Festivalı ilə qeyd edəcək - (Video)
-
Bakı dünya rəqs bayramına dəvət edir – Eldar Cəfərovun video müraciəti
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)
-
Bu gün ilin son Günəş tutulması olacaq
-
ÇL: “Play-off” bütün iştirakçıları müəyyənləşdi
-
Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş əri imiş - (Foto)
-
Avtomobilin ön şüşəsini alma sirkəsi ilə silənlər dərddən qurtulurlar
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq" (Video)
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi





