Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Daniil Sayamovun konserti keçirildi - FOTO

21 Oktyabr 2018 18:52
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Daniil Sayamovun konserti keçirildi.

Milli.Az xəbər verir ki, oktyabrın 19- da Beynəlxalq Muğam Mərkəzində, Bakı Media Mərkəzinin təşkilatçılığı və Muğam Mərkəzinin dəstəyi ilə keçirilən "Simurq" uşaq musiqi festivalı çərçivəsində, beynəlxalq müsabiqələr laureatı, tanınmış  pianoçu Daniil Sayamovun solo konserti keçirildi.

"Simurq" uşaq musiqi festivalı layihəsinin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadədir.

Daniil Sayamov 1983-cü ildə pianoçu ailəsində anadan olmuş, P.İ.Çaykovskiy adına Moskva Dövlət Konservatoriyasını bitirmişdir. Pianoçunun geniş repertuarına rus və xarici klassiklərin, həmçinin müasir bəstəkarların əsərləri daxildir. Musiqiçi Rusiya, ABŞ, Böyük Britaniya, Kanada, İsrail, Almaniya, Hollandiya, İsveçrə, İspaniya, İtaliya, Estoniya, Latviya, Ukrayna və digər ölkələrdə solo proqramlarla çıxış edib, E. Klas, V. Polyanskiy, V. Verbitskiy, J. Alperten kimi məşhur dirijorların müşayiəti ilə bir çox konsertlərdə iştirak etmişdir.

Gecədə ifaçı  İ.S.Baxın, S.Raxmaninovun əsərlərini ifa etmişdir.

Konsert musiqisevərlər tərəfindən aqlışlarla qarşılanmışdır.

Oktyabrın 22-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində bəstəkar Tahir Əkbərin yaradıcılığına həsr olunmuş gecə keçiriləcək. 

Biletləri şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və İticket.az saytında əldə etmək olar.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.