Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində “I am Jazman!” müsabiqəsi qaliblərinin konserti keçirildi

19 Oktyabr 2018 16:44
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 18-də Beynəxalq Muğam Mərkəzində "Bakı Jazz" Beynəxlalq caz festifalı çərçivəsində keçirilən gənc ifaçıların "I am Jazman!" müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması keçirildi.

Milli.Az xəbər verir ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Jazz Dünyası" jurnalı dəstəyi ilə həyata keçirilir.

Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdilər. Koreya, Rusiya, Ukrayna və Azərbaycandan gənc ifaçılar birlikdə çıxış edərək, dünyada məhşur olan caz əsərlərini və milli caz kompozisiyalarını səsələndirdilər.

Konsertdə  Camal Bayramlı, Aydın Zeydullayev, Andrey Konstantinov, Heydər Məmmədov, Leyla İzzətova, Natavan Quliyeva, Kamil Qədimzadə, Yusif Qasımov, Jalə Quliyeva, Əminə Hacıyeva, Aişə Nəcəfova, Albina Pyakşova, Kim Honk Canq , Darina Minina, Şahsənəm Vısotska, Seymur Həsənsoy, Ləman Abbaszadə  çıxış etdilər. Vokal ifalarla yanaşı akkordeon, skripka, zərb alətləri, gitara. saksofon, piano və başqa musiqi alətlərində ifalar səsləndi.

Sonda ifaçıları təltif etmək üçün festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev səhnəyə dəvət olundular.

Gənc caz ifaçıları diplom və hədiyyələrlə  təltif olundular. Caz vokal nominasiyasında  Leyla İzzətova I yerə, Yusif Qasımov II yerə , Albina Pyakşova  III yerə; instrumental nominasiyada isə Aydın Zeydullayev  I yerə, Andrey Konstantinov  II yerə, Kim Honq Canq III yerə layiq görüldülər. Həmçinin "Baku Jazz" festivalında  iştirakına görə Əminə Hacıyeva festivalın "Balaca iştirakçısı" nominasiyası üzrə xüsusi diploma layiq görüldü.

Konsertin aparıcısı Tofiq Həsənsoy idi.

Konsert cazsevərlər tərəfindən böyük maraqla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzində konsertlər və digər tədbirlər davam edir. Oktyabrın 22- də Beynəlxalq Muğam Mərkəzində bəstəkar Tahir Əkbərin xatirə gecəsi keçiriləcək.

Biletləri şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.