Mədəniyyət

Baş İdarədə keçirilən Müstəqillik gününə həsr edilmiş tədbirdən FOTOlar

19 Oktyabr 2018 14:31
Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş İdarə 18 oktyabr- Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirib.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 18 oktyabr- Dövlət Müstəqilliyi Gününün  27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirin əvvəlində aparıcı Humay Muxtarova əsgərlər qarşısında çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb.  

Tanınmış müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb. 

Sonda alayın rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.