Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bir ömrün iziylə" kitabının təqdimatında iştirak edib - FOTO

18 Oktyabr 2018 19:54
Baxış: 2 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Fəridə Səfiyevanın "Bir ömrün iziylə" kitabının təqdimatı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir.

Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, kitabın elmi redaktoru İzzət Rüstəmov, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva və digər çıxışçılar nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirildiyini qeyd ediblər.

Bildirilib ki, 1935-1950-ci illərdə Azərbaycan elminin başında duran alimin faciəli sonluğuna gətirən hadisələr və səbəblər nəşrdə ilk dəfə açıqlanır.

Kitabda, həmçinin Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.