Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa

11 Oktyabr 2018 19:56
0 Şərh     Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

50 illik yubileyi ərəfəsində Sumqayıt Dövlət Dram teatrı daha bir yeni tamaşa üzərində son hazırlıq işlərini başa çatdırmaq üzrədir.

Milli.Az xəbər verir ki. kiçik yaşlı tamaşaçılar və məktəblilər üçün nəzərdə tutulmuş tamaşa Rus xalq nağılı əsasında səhnələşdirilmiş və "Kim güclü, kim aqıllı?" adı ilə nümayiş olunacaqdır.

"Musiqili birbaşa, ibrətamiz tamaşa" janrında hazırlanmış səhnə əsərində dovşanın və dostu kirpinin aqıllı, uzaqgörən, fərasətli olmasından bəhs edilir.

Tamaşada meşə qanunları ilə yaşayan heyvanların güc ilə deyıl, məhz aqılla düşmənə qalib gəldiyini dovşanın timsalında görmək olar. Dovşan az zəkası ağlı, məntiqi ilə hətta canavarı, tülkünü belə ram edə  bilir. 

Tamaşaya baxan kiçik yaşlı tamaşaçılara ötürülən mesaj bundan ibarətdir; həyatda böyük uğurlara qol gücü ilə deyil, ağılla, dərrakə ilə imza atmaq olar! 

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu   rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu  Ceyhun Dadaşovdur. 

Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Kamran Muradlı,  Vəfa Qurbanova, Mətləb Səfərli, Sevda Hüseynova, Elmir Mehdiyev və   Rövşən Əsgərov  ifa edirlər.

Tamaşanın premyerası oktyabr ayının 17-də saat 1100-da baş tutacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.