Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm kamera musiqisi səsləndi

22 Sentyabr 2018 13:34
0 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il 18 sentyabrdan etibarən Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı keçirilir.

Milli.Az xəbər verir ki, festival çərçivəsində Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı, xarici musiqiçilərin də iştirakı ilə konsertlər, tamaşalar, konfranslar keçirilir. 

Beynəlxalq Muğam Mərkəzində nəinki bizim yerli musiqiçilərimizin sevdiyi, hətta xarici ifaçıların da sevdiyi bu gözəl səhnədə T. Dokşiser adına Rusiya kvinteti "New Life Brass" adlı möhtəşəm konserti keçirilib.

Sentyabrın 19- da həmyerlimiz ABŞ- da doğulub yaşamış isdedadlı skripkaçı Azər Dəmirov və virtuoz pianoçu Zülfiyyə Sadıqova ilə birlikdə paytaxtımızın musiqisevərlərini öz gözəl ifaları ilə sevindirdilər.

İfaçılar Azərbaycan bəstəkarları Q.Qarayevin, F.Əmirovun əsərləri ilə bərabər xarici bəstəkərlardan  İ.Brams, F.List, K.Debüssi, və həmçinin Murad Kajlayevin  musiqilərini səsləndirdilər.

Konsert kamera musiqisevərlər tərəfindən maraqla qarşılandı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.