Mədəniyyət

"Jara" festivalı Rusiya telekanallarında ən yüksək reytinq nümayiş etdirdi

21 Sentyabr 2018 19:44
3 Şərh     Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kompleks media və marketinq informasiyasının təqdim olunmasında dünya lideri "Mediascope" 10-16 sentyabr tarixlərində Rusiya telekanallarında musiqi proqramlarının reytinqini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, reytinqə bu dəfə də Rusiyanın "Birinci kanal"ında yayımlanmış "Jara" Beynəlxalq festivalı başçılıq edib.

Xatırladaq ki, Bakıda bu il iyulun 26-29-da keçirilmiş "Jara" Beynəlxalq festivalı konsert proqramları "Birinci kanal"da təqdim olunub. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən 250-dən çox müğənni iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.