Mədəniyyət

Ikinci DokuBaku Beynəlxalq Sənədli festivalı keçiriləcək

20 Sentyabr 2018 19:45
Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DokuBaku Beynəlxalq Sənədli festivalının ikinci buraxılışı 4-9 oktyabr tarixlərində baş tutacaq.

Milli.Az xəbər verir ki, festivalın bu ilki əsas proqramında 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişi nəzərdə tutulub. Bu il uzunmetrajlı filmlərdən bir neçəsini müsabiqəyə göndərilən filmlərin arasından seçilib. Festivalda nümayiş olunacaq filmlər Kəsişmələr mövzusu altında birləşir. Kəsişmə nöqtəsi məfhumların bir-biri ilə qarşılaşdığı yerdir. Heç kəs və heç nə onların bir birini anlayıb, qəbul edəcəyinə zəmanət verə bilməsə də,  kəsişmə nöqtəsində məfhumlar bir-biri ilə qarşılaşır, varlıqlarından xəbərdar olur. Qarşılaşan məfhumlar çox fərqli ola bilər, ən azından bu qarşılaşma onlara ətrafda baş verənlərə  fərqli perspektivlərin pəncərisindən baxmaq şansı qazandırır. Festival təşkilatçıları deyir ki "bu il ortaya qoyduğumuz mövzularla həm fərqli məfhumların kəsişmə nöqtəsini göstərmək, həm də özümüz bir növ kəsişmə nöqtəsi olmaq istəyirik - fərqli fikirlərin səsləndiyi və dinləndiyi yer."

Festivaldan öncə DokuBaku komandası sentyabrın 23-ü, saat 15:30-da, Baku IdeaLab-də Dövlət Film Fondu ilə olan əməkdaşlıq nəticəsində Oqtay Mirqasımıvun "Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev"  filmini nümayiş etdirəcək. Filmdə bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir. Nümayiş baş tutacaq. Ənənəyə sadiq qalaraq, nümayişdən sonra rejissor Oqtay Mirqasımovla birgə müzakirə olacaq.

Festivalın əsas proqramı gələn həftə açıqlanacaq. Film nümayişlərindən əlavə professional və həvəskar rejissorlarının inkişafına təkan verilməsi məqsədi ilə festival günlərində ustad dərsləri keçiriləcək. Festival vaxtı baş verəcəklərdən xəbərdar qalmaq üçün https://www.dokubaku.org/https://www.facebook.com/dokubaku.idff/ səhfələrin izləyə bilərsiniz.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.